1813
və 1828-ci illərdə Qacar şahğılı (Məmalik məhrusə) və Çar
imperiyası
arasında imzalanan Gülüstan və Türkmənçay müqavilələri nəticəsində zorla
ikiyə bölünmüş Azərbaycanın böyük bir hissəsi (Güney Azərbaycan) iran
adlanan ölkənin işğalı altındadır və orada yaşayan 30 milyondan çox
azərbaycan türkü illərdir ki, fars mərkəzli rejimlər tərəfindən
asimilyasion və sömürgəçi siyasətə məruz qalmaqdadır.
1925-ci
ildə Qacar şahlığının çevrilişi ilə hakilmiyyətə gələn, «vahid iran
milləti» şüarı altında farslaşdırma siyasətinin bünövrəsini qoyan
Pəhləvi hakimiyyətinin basqısı ilə Güney Azərbaycanda yaşayan azərbaycan
türklərinin milli kimliyi danıldı, tarixi təhrif edildi, iqtisadiyyatı
dağıdıldı, dili və kültürü yasaqlandı. Fars şovinizminə əsaslanan
ayrıseçkilik siyasətinə qarşı mübarizə aparan azərbaycan türkləri şah
rejiminin tətbiq etdiyi işgəncə və həbslərə baxmayaraq, Güney
Azərbaycanda 12 dekabr 1945–ci ildə Seyid Cəfər Pişəvərinin başçılığı
altında Azərbaycan Milli hökumətini qurmağa nail oldular. Azərbaycan
Milli Hökumətinın fəaliyyət göstərdiyi 1 il ərzində azərbaycanlıların
bir çox demokratik fərdi və ictimai hüquqları ilə yanaşı, ana dilində
təhsilalma hüququ da təmin edildi, Pəhləvi rejimi tərəfindən
farslaşdırılmış Azərbaycanın qədim tarixi yer adları bərpa olundu.
1946-cı
il yanvarın 28-də Güney Azərbaycan Milli Hökumətinin banisi
S.C.Pişəvəri millətlərin öz müqəddəratını təyinetmə hüququna
əsaslanaraq Azərbaycan Milli Hökumətinin BMT tərəfindən rəsmiyyətdə
tanınması məqsədilə BMT Baş Assambleyasına müraciət etdi. Təəssüf ki,
BMT Azərbaycan Milli Hökumətinin bu istəyini müzakirəyə çıxarmadan öncə
Pəhləvi rejimi Güney Azərbaycan ərazisinə qoşun yürüdərək 10 minlərcə
azərbaycanlının ölümü ilə nəticələnən soyqırım törətdi, Azərbaycan Milli
Hökumətini devirdi və Güney Azərbaycan ərazisini işğal etdi. Bununla
kifayətlənməyən Pəhləvi sülaləsi iqtisadi, mədəni, elmi potensialı və
coğrafi mövqeyinə görə aparıcı rola malik olan Güney Azərbaycanı
hərtərəfli tənəzzülə uğratdı.
Güney
Azərbaycanda yaşayan azərbaycan türklərinə qarşı aparılan bu irqçi
siyasət 1979–cu ildən hakimiyyətə gələn islami rejim tərəfindən də
farsçılıq əsasında davam etdirilir. İranın Xarici İşlər naziri Əli
Əkbər Salehinin Türkiyə səfəri zamanı etiraf etdiyi kimi, İranda
əhalinin 40 % azərbaycan türkü olduğu halda, bu gün də orada Güney
Azərbaycanın inzibati ərazi bölgüsünün dəyişdirilməsi, süni ekoloji
problemlər yaratmaqla azərbaycanlıların öz tarixi torpaqlarından
məqsədli şəkildə köçürülməsi planları (Urmu gölünün qurudulması), milli
kimliyin inkar siyasəti ilə azərbaycan türklərinin assimilyasiona məruz
qalmaları, ictimai-siyasi fəaliyyətlərə qarşı işgəncə və həbslər davam
etdirilir.
Hörmətli cənab Ban Ki-Moon,
Güney
Azərbaycanda 30 milyondan çox azərbaycan türkü milli-demokratik haqlar
uğrunda milli azadlıq mübarizəsini davam etdirməkdədirlər. Güney
Azərbaycan siyasi qüvvələri BMT Baş Məclisinin 16 dekabr 1966-cı il
tarixli 2200 A ( XXİ) saylı Qətnaməsi ilə qəbul olunmuş “İqtisadi,
sosial və mədəni hüquqlar haqqında” beynalxalq pakta əsasən, BMT-nin
nəzarəti ilə Güney Azərbaycanın tarixi ərazisində azərbaycan türklərinin
iştirakı ilə Referendumun keçirilməsini tələb edir və bu məsələnin
BMT-yə üvz dövlətlərin gündəliyinə çıxarılacağına ümid edirlər.
İnanırıq ki, təcavüzə məruz qalmış 30 milyondan çox bir millətin milli,
siyasi, mədəni hüquqlarının tanınması və bəşəriyyətin tərəqqisinə
xidmət edəcək bir milli-demokratik dövlətdə yaşamaq istəyi dünya
dövlətləri tərəfindən dəstəklənəcək.
Sayğılarımızla
1- Azərbaycan Milli Demokartik Birliyi (Birlik)
2- Azərbaycan Milli Dirəniş Təşkilatı (AMDT)
3- Azərbaycan Sosiyal Demokrat partisi(ASDP)
4- Güney Azərbaycan Demokrat partisi (GADP)
5- Güney Azərbaycan İstiqlal partisi (GAİP)
6- Güney azərbaycan Liberal Demokrat Partisi (GALDP)
7- Güney Azərbaycan Milli Azadliq Cəbhəsi (GAMAC)
8- Güney Azərbaycan Milli Oyanış Hərəkatı(GAMOH)
9- Güney Azərbaycan Qurtuluş partisi
11 dekabr 2012 (21 azər 1391)
Müraciətə bir sıra fotoşəkillər əlavə olunub.
No comments:
Post a Comment